18 Aprel 2018 08:28
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

XIX əsrdə Nyu Yorkda afro-amerikalı kölə qadınlar üzərində sınaq aparmış ginekoloq Doktor J. Marion Simsin heykəli qəbiristanlığa köçürülüb.

Teleqraf.com xəbər verir ki, həkimin Mərkəzi Parkdakı heykəli "nifrət simvolu" kimi qiymətləndirilərək qaldırılıb.

Heykəl Simsin qəbirinin üzərinə qoyulacaq.

"Müasir ginekologiyanın banisi" kimi qəbul edilən Dr. Sims 1840-ci illərin ortalarında Alabama əyalətində 11 afro-amerikalı kölə qadının üzərində sınaq aparıb.

Nyu Yorkun Demokratlar Partiyasından olan bələdiyyə sədri de-Blasio 8 ay öncə irqçi həkimin heykəlinin qaldırılması barədə qərar qəbul edib.


Müəllif: Teleqraf.com