18 Aprel 2018 12:34
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda erməni müxalifətinin etiraz aksiyasına Avropa və ABŞ-dakı erməni diasporu açıq dəstək verir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri BDU-nun Erməni Araşdırmaları elmi-tədqiqat və Tədris Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi bildirib.

O deyib ki, xaricdəki erməni diasporu Serj Sərkisyana qarşıdır və onun hakimiyyətdə təmsilçiliyini istəmir:

“Dünən ABŞ-ın Los-Anceles şəhərində erməni diaspor üzvləri İrəvanda Sərkisyana qarşı mitinqlərə dəstək məqsədilə aksiya keçirib. Aksiyada qeyd ediblər ki, Ermənistanın böhran vəziyyətinə düşməsinin yeganə səbəbkarı Serjik və Putindir. Əgər Serj Sərkisyan rədd olarsa, ölkəni tərk edənlərin 50 faizi geri qayıdacaq”.


Müəllif: Cavad