20 Aprel 2018 18:21
3 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qərbin Suriyanı parçalamasına icazə verməyəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Suriyanın regiondan kənar qüvvələr tərəfindən dağıdılması qəbuledilməzdir və buna göz yuma bilmərik. Bu, sözügedən bütün razılaşmalara ziddir”, - o, bu sözləri Avstriya XİN rəhbəri Karin Knaysl ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Lavrov əlavə edib ki, Suriya münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır.

“BMT TŞ tərəfindən təsdiqlənmiş prinsiplərlə geri çəkilmək olar, ona görə də hər hansı güzəştdən söhbət gedə bilməz”, - Lavrov bəyan edib.


Müəllif: Teleqraf.com