25 Aprel 2018 01:59
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suomen Pakolaisapu” (“Qaçqınlara yardım”) təşkilatı Vantaadan Sirva Fariki və Kaarina şəhərində yaşayan Əhməd Hosseyni “İlin qaçqını” elan edib. Mükafatların təqdim edilməsi mərasimi aprelin 24-də Helsinkidə keçirilib.

Teleqraf.com xəbər verir ki, “Suomen Pakolaisapu” təşkilatının yaydığı məlumata görə, “İlin qaçqını” mükafatını alanlar bu ölkədə özlərinin adaptasiyası baxımından böyük iş görməklə yanaşı, çoxlu sayda yeni miqrantlara Finlandiyada yardım və dəstək tapmaları üçün də çalışıblar.

“Suomen Pakolaisapu” təşkilatı 1998-ci ildən etibarən qaçqın qadınlar, üç il əvvəl isə kişilər üçün mükafatlar təsis edib.


Müəllif: Teleqraf.com