19 May 2018 21:14
1 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə kəşfiyyatına Bosniya və Herseqovinaya səfər öncəsi Prezident Rəcəb Tayyib Ərdoğana qarşı türk əsilli qrup tərəfindən sui-qəsd planlandığı barədə məlumat daxil olması təhlükəsizlik qüvvələrini hərəkətə gətirib.

Teleqraf.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Makedonyanın paytaxtı Skopyedə yaşayan türklər kəşfiyyat orqanlarına prezidentin Balkan ölkələrinə səfəri əsnasında ona qarşı sui-qəsd təşkil ediləcəyinə dair məlumat ötürüblər.

Qərb kəşfiyyat idarələri də bu məlumatın doğruluğunu təsdiqləyib. Fərqli mənbələrdən gələn məlumatlar əsasında dərhal təhlükəsizlik qüvvələri araşdırmalara başlayıb.

Digər tərəfdən Bosniya və Herseqovinanın rəhbəri Bakir İzetbeqoviçə müxalif qüvvələrin Ərdoğanın səfəri çərçivəsində etiraz aksiyası keçirəcəyi bəlli olub.

Qeyd edək ki, Türkiyə prezidentinin oktyabrın 7-də Bosniya və Herseqovinaya səfəri nəzərdə tutulub.


Müəllif: Nərgiz Cavadzadə