22 May 2018 18:42
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Dövlət İqtisad Universiteti nəzdində İrəvan maliyyə-iqtisadi kollecinin tələbə və müəllimləri tətil elan ediblər.

Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, onlar iki gün əvvəl istefa verən kollecin əvvəlki direktoru Sergey Xaratyanın geri qaytarılması tələbi ilə çıxış ediblər.

Sabiq direktora dəstək əlaməti olaraq müəllimlərin bir qismi işdən çıxıb.

Qeyd edək ki, Sergey Xaratyan Ermənistanın Respublika Partiyasının üzvüdür.


Müəllif: Nərgiz