Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın bu ölkədəki səfiri Todda Robinsonu arzuolunmaz şəxs elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd edək ki, ABŞ Venesuelada Nikolas Maduronun qələbəsi ilə nəticələnən prezident seçkilərini saxta sayaraq bu ölkəyə iqtisadi sanksiyalar tətbiq edib.
Nikolas Maduro bu gün rəsmi olaraq Venesuelanın 2019-2025-ci illər üzrə yeni prezidenti elan olunub.