23 May 2018 15:51
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın əkinə yararlı torpaqları sürətlə şoranlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın ekologiya naziri Xaçik Hakobyan məlumat verib.

Nazir son iki ildə torpaqların 2.67 faizinin şoranlaşaraq sıradan çıxdığını bildirib.

Ərazilərin 28 faizinin potensial təhlükə qarşısında olduğunu deyən Hakobyan qeyd edib ki, hər il əkinə yararlı torpaqların sahəsinin kiçilməsi müşahidə olunur.

Deputat Mikayel Melkumyan isə Ermənistan ərazilərindəki meşələrin sürətlə məhv olmasına diqqət çəkib: “20 il əvvəl ölkə razisinin 12 faizi meşələrdən ibarət idi. İndi isə bu rəqəm 16.7 faizədək aşağı düşüb. Ermənistan ekoloji təhlükə qarşısındadır”.


Müəllif: Mənsur Rəğbətoğlu