24 May 2018 13:36
2 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Dövlət Şurası Türkiyədə dövlət çevrilişinə cəhdə iştirak etmiş Fətullahçı Terror Təşkilatının – FETÖ-nün 8 üzvünə sığınacağın verildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş çevrilişə cəhddən sonra Yunanıstana qaçmış 8 fətullahçının məhkəmə işi yekunlaşıb.

Ali Məhkəmənin qərarı ilə yunan hökumətindən sığınacaq istəyən 8 nəfərə Yunanıstanda sığınacaq verilib.

Qeyd edək ki, Türkiyə tərəfi bu ilin yanvar ayında rəsmi Afinaya müraciət edərək, FETÖ-çülərin Ankaraya ekstradisiya edilməsini tələb etmişdi. Yunanıstan məhkəməsi isə mart ayında təhvil tələbini rədd etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu