24 May 2018 22:28
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Vyanada nüvə sazişi ilə bağlı İran, Rusiya, Çin, Almaniya, Fransa və Böyük Britaniya nümayəndə heyətləri arasında vacib görüş olacaq.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə ABŞ-ın razılaşmadan çıxması və mövcud nüvə sazişinin davam etməsi üçün şərtlər müzakirə ediləcək.

Vyanadakı görüşdə İranın XİN rəhbəri Cavad Zərifinin də iştirak edəcəyi gözlənilir.

Zərifi verdiyi son açıqlamada deyib: “ABŞ müqavilədən çıxmaqla bu prosesi baltaya bilməz. Bu iclasda digər tərəflərin öhdəliklərini necə yerinə yetirəcəklərini araşdıracağıq. Biz yalnız və yalnız nüvə sazişindən danışacağıq, digər məsələlər heç vaxt gündəmdə olmayacaq”.


Müəllif: Ruslan