26 May 2018 09:57
2 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Naşnl İnteres” nəşri “NATO-nun ən qorxunc kabusu - təpədən dırnağa qədər silahlanmış Kalininqrad” başlıqlı məqalə yayımlayıb.

Teleqraf.com-un məlumatına görə,məqalədə deyilir ki, regionda yerləşən Rusiya raketləri və donanması ABŞ və Avropa qoşunlarının fəaliyyət dairəsini xeyli azaldır.

Ən böyük təhlükə “İsgəndər-M” raket kompleksləridir. Bu sistem Polşa və Pribaltikadakı hərbi-dəniz obyektlərini dəqiqliklə vura bilər.

Jurnal yazır ki, NATO hazırda rus qoşunlarına müqavimət göstərmək üçün kifayət qədər imkanlara malik deyil. Rusiya yerüstü qüvvələrlə yanaşı Х-101 və Х-55 qanadlı raketləri də işə sala bilər. Sayı dəqiq bilinməyən raketlər Polşadakı istənilən hədəfi vurmağa qadirdir.

Nəşrin məlumatına görə, Kalininqradda Rusiya donanmasının güclü kontingenti yerləşir. Bura Suriyada antiterror əməliyyatlarında sınaqdan çıxmış “Kalibr” raketlərindən atəş açan artilleriya gəmiləri və iki sualtı qayıq daxildir.

Həmçinin sualtı, su üstü və hava hücumundan müdafiə imkanlarına malik digər gəmilərin olduğu da vurğulanıb.

Sonda qəzet yazır ki, Kalininqradı əhatə edən NATO ölkələrinin regionda yerləşən rus qoşunlarına qarşı müqavimət imkanı yoxdur. Müharibə olacağı təqdirdə Rusiyanın qalib gəlməsi qaçılmazdır.


Müəllif: Ruslan