27 May 2018 10:26
2 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martda oğlumun 18 yaşı oldu, növbəti hərbi çağırış zamanı o, xidmətə çağırılacaq. Ermənistandan kənarda olan bütün gənclər qayıtmalı və öz əsgərlik borcu yerinə yetirməlidir.

Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Feysbuk səhifəsində canlı yayım zamanı deyib.

“Mən zəmanət verirəm ki, hərbi xidmətdən keçmək barədə könüllü qərar qəbul edildikdə, münasibətinizdə heç bir hüquqi prosedur tətbiq olunmayacaq”, - deyə Paşinyan bildirib.

Baş nazirin oğlu Aşot Paşinyan isə Qarabağda hərbi xidmət keçməyi qərarlaşdırdığını və bu barədə yazılı ərizə ilə müraciət etdiyini deyib.


Müəllif: Nərgiz