28 May 2018 11:28
1 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Türkiyəyə son nəsil F-35 qırıcı təyyarələrin verilməsindən ciddi narahatdır.

Teleqraf.com-un məlumatına görə, İsrail mediası Türkiyənin F-35-lərin imkanlarını yüksəldəcək texnologiyaya yiyələnməsinə mane olmaq məqsədilə ABŞ rəsmiləri ilə müzakirə aparıb.

“Haaretz” qəzetinə danışan bir rəsmi şəxs deyib ki, İsrail F-35-lərə malik olan tək Orta Şərq ölkəsi olmağı hədəfləyir, bu səbəbdən Türkiyəyə göndəriləcək F-35-lər mövzusunda ABŞ ilə yaxın təmas halındadır.

İsrail rəsmisi F-35-lərlə bağlı detalların digər ölkələrə sızmasından narahatlığını ifadə edərək bildirib ki, İsrail ordusunun bölgədə rəqabətdə olduğu halda bu nəsil təyyarələrin texnologiyasının Türkiyəyə verilməsinin qarşısını kəsməyə çalışacaq.


Müəllif: Mənsur Rəğbətoğlu