27 Aprel 2014 22:55
531

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin məhkəmədə halı yenidən pisləşib.

Teleqraf.com-un məlumatına görə, Mübarək, iki oğlu Əli və Camal, sabiq daxili işlər naziri Həbib əl-Ədli və 6 köməkçisi 2011-ci ilin yanvar ayında ölkədə keçirilən dinc etiraz aksiyalarının iştirakçılarına qarşı güc tətbiqi və yürüş iştirakçılarının qətlində təqsirli bilinir. Misirin paytaxtı Qahirədə Polis Akademiyasının binasında sözügedən şəxslərin məhkəməsi keçirilib.

Məhkəmə zamanı Mübarəkin vəziyyəti pisləşib, dərhal həkim müdaxilə edib. Hakim məhkəmə prosesinə fasilə verməli olub. Fasilədən sonra daxili İşlər nazirinin müavini general Əhməd Rəmzinin ifadəsi dinlənilib.

Qeyd edək ki, Mübarık prezidentlik səlahiyyətlərindən sui-istifadə etmə, Misirin təbii qazını İsrailə aşağı qiymətlə ixrac satışı ittihamları ilə də mühakimə olunur.


Müəllif: