8 Fevral 2015 10:57

Rumıniyanın qabaqcıl xəbər agentliklərindən olan “Mediafax”ın direktoru Adrian Sırbu həbs edilib.

ANS PRESS-in məlumatına görə, çirkli pulların yuyulmasında və vergidən yayınmaqda günahlandırılan direktora 30 günlük həbs cəzası verilib.

Rumıniya Antikorrupsiya İdarəsinin məlumatına əsasən, A.Sırbu saxta şirkətlər şəbəkəsi yaradaraq dövlətə 3 milyon avro zərər verib.

Direktor isə ona qarşı ünvanlanan iddiaların “gülünc və sifarişli” olduğunu deyib və jurnalistlərə söz verib ki, həbsinin əsl səbəblərini vaxtı gəldikdə açıqlayacaq.

Yerli KİV Sırbunun həbsi ilə bağlı artıq öz versiyalarını yazırlar. Yazılanlara görə, onun rəhbərlik etdiyi "Mediafax" agentliyi baş nazir Viktor Pontu tənqid etdiyi üçün təzyiqlərə məruz qalır.


Müəllif: