12 Fevral 2015 11:52
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində Ukrayna ordusu ilə Rusiyayönlü separatçılar arasında gecə boyu davam edən döyüşlər zamanı 2 ukraynalı hərbçi həlak olub.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Valeri Sleznyov məlumat verib.

Onun sözlərinə görə, separatçılar sutka ərzində atəşkəsi 103 dəfə pozublar. Nəticədə 21 ukraynalı əsgər də yaralanıb.

Samir


Müəllif: