15 Fevral 2015 02:28

The Economist” jurnalında “Normand dördlüyü”nün Minskdə keçirilən görüşünə həsr olunan karikatura çap olunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nəşrin rəssam-karikaturaçısı karikaturada Belarus prezidenti Aleksandr Lukaşenkonu Ukraynanın dövlət başçısı Pyotr Poroşenkonun yerinə çəkib.

Karikaturada danışıqların 3 iştirakçısı – Rusiya prezidenti Vladimir Putin, Fransanın dövlət başçısı Fransua Olland və Almaniyanın kansleri Angela Merkel, eləcə də furajkasında “Ukrayna” yazılsa da, Belarus prezidentinə daha çox bənzəyən bir nəfəri də əks olunub.

Ancaq 16 saat davam edən danışıqların 4-cü iştirakçısı həqiqətən Ukrayna prezidenti Pyotr Poroşenko olub.


Müəllif: