16 Fevral 2015 01:25
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terrorçuları təhdid xarakterli növbəti xəbərədarlıqla çıxış ediblər. Teleqraf.com-un məlumatına görə, qruplaşma üzvləri bu dəfə bütün dünyada yaşayan xristianları hədələyiblər.

Terrorçular bu barədə rəsmi internet saytlarında "Xristianlara qanla yazılmış müraciət" adlı videoçarx yerləşdiriblər.

İnternetə yerləşdirilmiş materialda qeyd olunur ki, İŞİD-çilər əlində olan girovlar Misirdə kilsənin nümayəndələridir. Videoda terrorçu vurğuki, onlar Liviyada geniş ərazilər ələ keçiriblər.

İŞİD-çi çıxışında onu da bildirir ki, dənizin o biri tərəfində yaşayan xristianları da məhv edəcəklər. Bundan sonra terrorçular girov götürdükləri xristianların başlarını kəsiblər.

Videoda qara rəngli paltarda olan adamlar dəniz qırağı ilə 20-ə yaxın girov aparırlar. Ehtimal edilir ki, terrorçular Liviya ərazisində, Tripolidə Aralıq dənizi sahillərində irəliləyirlər.


Müəllif: