26 Fevral 2015 19:01
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus 2015-ci ildə elektrik enerji ixracını iki dəfə artırmaq, həmçinin qonşu Ukraynaya enerji ixrac etməyə başlamaq niyyətindədir və buna hazırdır.

Teleqraf.com BelTA agentliyinə istinadla xəbər verir ki, Belarusun energetika naziri Vladimir Potupçik fevralın 26-da keçirdiyi mətbuat konfransında, həmçinin bəyan edib ki, bütün işlər planlaşdırılan kimi davam etsə, 2015-ci ildə Belarusun elektrik enerjisi ixracı 2014-cü ildəki 500 milyon kilovat-saatdan 1 milyard kilovat-saata qaldırıla bilər.

Xatırladaq ki, hazırda Ukrayna elektrik enerjisinin çox böyük hissəsini Rusiyadan idxal edir.


Müəllif: