2 Mart 2015 18:25
3 400

ABŞ-ın Arizona ştatının Tukson şəhərinə yerləşən təyyarə qəbiristanlığı öz böyüklüyünə görə dünyada birincidir.

Teleqraf.com xəbər verir ki, “Davis-Monthan” hərbi hava qüvvələrinin bazası 10 kvadrat km ərazini əhatə edir. Burada 4400 təyyarə saxlanılır. “Vəhşi Qərb” folklorundan ilhamlanaraq bu bazaya qısaca “Qəbiristanlıq” deyirlər.

Baza üçün Arizonanın seçilməsi təsadüfi deyil. Bura yağışın az yağması, isti və quru havanın təyyarələrin paslanmadan daha uzun müddət qorunmasını təmin edir.

Teleqraf.com həmin fotoları təqdim edir :

Rüstəm


Müəllif: