4 Mart 2015 07:59

Fevral ayında Gürcüstanı 290 929 nəfər əcnəbi ziyarət edib.

Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 1% azdır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin informasiya-analitik şöbəsi yayıb. Məlumata görə, bu ilin yanvar-fevral aylarında Gürcüstana 600 396 turist gəlib. Bu, keçən ilə nisbətən 2% çoxdur. Keçən ilə nisbətən Gürcüstana gələn turistlərin sayı -212. 668 (7,8%) azalıb, ölkə ərazisindən tranzit keçənlərin sayı isə 8,8% artıb.

Yanvar-fevral aylarında Avropa ölkələrindən Gürcüstana 9 158 nəfər gəlib. Keçən il Gürcüstana gələn turistlərin sayı azalıb, tranzitlə ölkəni keçən turistlərin sayı isə çoxalıb. Ümumiyyətlə, 2014-cü ildə Gürcüstanın dövlət sərhədini 5 milyon 493 min 492 nəfər keçib və bu 2013-cü il ilə müqayisədə 1,9% çoxdur.

Gürcüstana səfər edənlərin sayına görə birinci yeri Türkiyə (81 256), ikinci yeri Azərbaycan (80 204), üçüncü yeri Ermənistan (69 785) tutub. Dördüncü və beşinci yerləri isə müvafiq olaraq Ukrayna və Rusiya bölüb.


Müəllif: