4 Mart 2015 21:38

Ukraynanın sabiq maliyyə naziri Yuri Kolobov İspaniyada həbs edilib.

Teleqraf.com-un BBC-yə istinadən məlumatına görə, sabiq nazir Ukrayna hökumətinin sorğusu ilə axtarışa verilmişdi.

Ukraynanı 2014-cü ilin fevralında tərk edən Y.Kolobov dövlət əmlakının talan edilməsində təqsirləndirilir. Eyni iş üzrə Rusiyada sığınacaq tapan Ukraynanın sabiq prezidenti və baş naziri Viktor Yanukoviç və Nikolay Azarovun da adları çəkilir.


Müəllif: