6 Mart 2015 14:15
2 180

İraq Şam İslam DÖvləti (İŞİD) terror təşkilatı İraqın Mosul şəhərində Osmanlı dövründən qalma tarixi Həmyə Kado məscidini havaya uçurdub.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı İraqda Kürdüstan Demokrat Partiyasının (KDP) Mosul rəhbəri Səid Memozi məlumat verib. Onun sözlərinə görə, terrorçular məscidin divarlarına partladıyıcı bağlayaraq, tikilini uçurdublar. Şahidlər məscidin hər cümə günü xalq tərəfindən ziyarət edildiyini və terrorçuların da bundan narahat olaraq buranı partlatdığını bildiriblər.

Samir


Müəllif: