6 Mart 2015 19:53

İraq hökuməti bildirir ki, İŞİD silahlıları qədim Nəmrud şəhərini məhv etmək üçün ağır silahlardan istifadə edirlər.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Ötən həftə Mosul muzeyindəki eksponatların darmadağın edilməsini əks etdirən videoyazı peyda olub.

BMT mədəniyyət agentliyinin İraq üzrə nümayəndəsi Alex Plate xəbəri "İraq irsinə növbəti dəhşətli həmlə" kimi dəyərləndirib. "Onlar tarixi silirlər", İraq arxeoloqu, doktor Lamiə əl-Gailani BBC danışarkən deyib. İŞİD bəyan edib ki, qədim məbəd və abidələr "saxta bütlər" kimi məhv edilməlidir.


Müəllif: