13 Mart 2015 20:22
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ilin iyun ayında Türkiyədə Gəzi parkındakı aksiyalar zamanı prezident Rəcəb Tayyib Ərdoğanı "diktator" adlandıran tələbə Aykutalp Avşar 1 il ik ay azadlıqdan məhrum edilib.

Erciyes Universitetinin üçüncü kurs tələbəsi A.Avşar "dövlət rəhbərlərinə həqarət" ittihamı ilə azadlıqdan məhrum edilib.

Çanakkala zəfərinin 100-cü ildönümündə iştirak etmək üçün yola çıxan A.Avşarı polislər qaldığı evin qarşısında həbs edərək cəzaçəkmə müəssisəniə aparıblar.

Qeyd edək ki, Gəzi aksiyalarında A.Avşar "Rədd olsun AKP diktatorluğu" yazılı plakatını qaldırıb.

Ayxan


Müəllif: