16 Mart 2015 01:55

Rusiya prezidenti Vladimir Putin daha bir maraqlı etirafda bildirib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Putin bildirib ki, bir il əvvəl Rusiya kəşfiyyatı Krımda ukraynalı hərbçilərin Kiyevlə xüsusi rabitə əlaqəsi qurmasını əngəlləyib. Məqsəd onların Kiyevdən əmrlər almasına maneəçilik törətmək olub:

«Düzünü demək lazımdır, orada onların xüsusi rabitəsi yox idi. Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları elə bunun üçündür. Ona görə də ukraynalılar açıq rabitə kanallarından isitifadə edirdi. Biz bütün bu danışıqlara nəzarət edir və hərbi hissələrin daxilində vəziyyəti bilirdik. Eləcə də paytaxtdakı komandirlərin. Hamı şəxsən məsuliyyətdən yayınmaq istəyirdi".

Nihad


Müəllif: