23 Mart 2015 23:04
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Sevastopolda oğlunun dəfn mərasimində iştirak edib.

APA-nın “Krıminfo”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Müqəddəs Nikolsk kilsəsindən bildiriblər.


“Dəfn mərasimində mərhumun yaxın qohumları, o cümlədən sabiq prezident Yanukoviç iştirak edib”, deyə kilsəsinin xidmətçisi qeyd edib.


Məlumata görə, kiçik Viktor Yanukoviçin cənazəsi martın 23-ə keçən gecə Sevastopolun Bratsk memorial qəbiristanlığına gətirilib.


Müəllif: