24 Mart 2015 00:02
415

ATƏT-in Ukraynadakı müşahidəçi missiyasının rəhbəri Ərtoğrul Apakan ölkənin şərqində yerləşən Şirokino qəsəbəsində baş verən döyüşlərə son qoymağa çağırıb.


APA-nın məlumatına görə, ATƏT-in rəsmi saytındakı bəyanatda belə deyilir.


“Mən münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa, Minsk razılaşmalarının müddəalarını yerinə yetirməyə, Şirokino qəsəbəsinə humanitar yardımın göstərilməsi, ATƏT müşahidəçilərinin əraziyə daxil olmasına şərait yaratmağa çağırıram”, Ə.Apakanın bəyanatında qeyd olunur.


“Hər iki tərəf adıçəkilən ərazidə Minsk razılaşmasının bir çox müddəalarını pozmaqda davam edir”, bəyanatda vurğulanır.


Müəllif: