26 Mart 2015 10:57
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Sand-Sprinqs şəhərində (Oklahoma ştatı) baş verən qasırğa nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.


Şəhərdə qismən və yaxud tamamilə 30-dan çox tikili dağılıb.


Oklahoma ştatının bir sıra şəhərlərində elektrik enerjisi təchizatı pozulub. Oklahoma-Siti və Tals şəhərlərində 40 min nəfər işıqsız qalıb, yollar bağlanıb.

Qeyd edək ki, meteoroloqlar qasırğanın fəsadlar törədəcəyi barədə əhalini əvvəlcədən xəbərdarlıq etmişdilər. /APA/


Müəllif: