“Fələstin İsraillə dialoqa qayıtmağa hazırdır”.
Bu barədə “Telesur” kanalına müsahibəsində Fələstin Administrasiyasının lideri Mahmud Abbas bildirib.
“Biz İsraillə daha 9 ay müddətinə danışıqlar apara bilərik. Lakin sərhədlər və onların delimitasiya haqqında danışıqlar yalnız fələstinli məhbusların azad olunmasından sonra bərpa oluna bilər”, - deyə Abbas bildirib.
Onun sözlərinə görə, yekun mərhələdə Fələstin sakinləri referendum zamanı İsraillə danışıqların nəticələri və sülh sazişinin şərtləri ilə razı olub-olmamaları barədə suala cavab verməlidilər.