22 May 2014 18:25
546

Ukrayna Baş nazirinin səlahiyyətlərini icra edən Arseni Yatsenyuk bir qədər bundan öncə bəyanat yayaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasının çağırılmasını istəyib.

Axar.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, təcili iclasın çağırılmasına səbəb bu gündən Ukraynanın şərqində yenidən baş qaldıran separatçılıq meyllərinin artması, qarşıdurma və atəşin bərpa olunmasıdır.

Baş nazir qeyd edib ki, onlar bir daha Rusiyanın hadisələri gərginləşdirməkdə, qan tökülməsi, ukraynalı sərhədçilərin əsir götürülməsi, beləliklə də Ukraynada qarşıdan gələn prezident seçkisinin təxirə salınmasında maraqlı olduğunu müşahidə ediblər.

Xatırladaq ki, Baş nazir bununla bağlı media nümayəndələrini toplayıb.


Müəllif: