26 May 2014 09:27
583

Suriyada 3 il bundan əvvəl başlayan vətəndaş müharibəsi hələ də davam edir.

Müxaliflərin Suriya daxilində Əsəd rejimi və şiə hərbçilərin olduğu strateji mövqeyə sahib hərbi nöqtələrə bombalı hücumlarının artdığı müşahidə edilir.

Teleqraf.com bildirir ki, Əsəd rejiminə qarşı döyüşən müxaliflər dünən Əsədin strateji nöqtələrinə Xümsdə 2, İdlibdə 8, Hələbdə 2 dəfə olmaqla 12 bombalı hücum təşkil etdiklərini açıqlayıblar.

Təşkil edilən hücumlarda onlarla Əsəd əsgəri və şiə hərbçinin öldüyü və bir çoxunun da yarlandığı açıqlanıb.

Təşkil edilən hücumlar kameralar vasitəsi ilə çəkilərək sosial şəbəkəyə yerləşdirilib. /axar/


Müəllif: