1 İyul 2015 13:04

Amerika Birləşmiş Ştatlarının Dövlət Katibliyi Quantanamo həbsxanasının bağlanması ilə bağlı əhəmiyyətli addım atıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Dövlət katibi Con Kerri Milli Təhlükəsizlik Şurasında çalışan vəkil Li Voloskini həbsxanaya xüsusi nümayəndə təyin edib. Voloski Quantanamo həbsxanasının bağlanılması üçün həyata keçirilən diplomatik işlərə, dustaqların başqa ölkə həbsxanalarına göndərilməsilə bağlı görüşlərə birbaşa nəzarət edəcək.

Qeyd edək ki, həbsxanada hazırda 100-dən çox məhbus var.

Samir


Müəllif:
Загрузка...