11 İyul 2015 10:05

Rusiyanın Perm şəhərində uçan yaşayış binasının dağıntıları altında 4 nəfər qalıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinin mətbuat xidməti məlumat yayıb.

İdarədən bildirilib ki, bu gün səhər saatlarında Perm şəhərinin Kuybışev küçəsində 5 mərtəbəli binanın bir hissəsi uçub. Axtarış-xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinə 38 texnika və 168 canlı qüvvə cəlb edilib.

Hadisə baş verəndə isə dağıntı altında 60 nəfər qalıbmış.


Müəllif:
Загрузка...