13 İyul 2015 15:11

İraq ordusu İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının nəzarətində olan Ənbar əyalətini azad etmək üçün ikinci hərbi əməliyyata başlayıb.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat İraq Müdafiə Nazirliyindən verilib. Bildirilir ki, Fəllucə yaxınlığında İŞİD mövqelərinə bir neçə ardıcıl zərbələr endirilib. Çoxlu sayda terrorçunun öldürüldüyü açıqlanıb.

Qeyd edək ki, Ənbar əyalətinin azad edilməsi üçün ilk əməliyyat mayın 26-da başlayıb.

Samir


Müəllif:
Загрузка...