18 İyul 2015 20:27

İraqın Diyala şəhərində bomba yüklü maşının partlaması nəticəsində həlak olanların sayı 100-ə çatıb. Hadisə nəticəsində 140 nəfər yaralanıb. Onların bəzilərinin vəziyyəti ağırdır.

Teleqraf.com Türkiyənin Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Diyalanın qubernatoru Müsənna ət-Təmimi məlumat verib. Qubernator avtomobildə üç ton partlayıcı maddənin olduğunu bildirib. O, şəhərdə üç günlük matəm elan olunması ilə bağlı qərar qəbul edildiyini deyib.


Müəllif:
Загрузка...