Amerikanın Beynəlxalq Kosmik Araşdırmalar Agentliyi günəşdə koronar kütlənin püskürməsini əks etdirən nadir görüntüləri yayımlayıb.
Amerikanın Beynəlxalq Kosmik Araşdırmalar Agentliyi (NASA) günəşdə koronar kütlənin püskürməsini əks etdirən nadir görüntüləri yayımlayıb.
ANS TV-nin məlumatına görə, görüntülər NASA-nın görüntü spektroqrafi tərəfindən çəkilib. Görüntülərdə günəş tacında iri kütlələrin kosmik fəzaya püskürməsi əks olunub. NASA-ya istinadən spektroqrafin görüntülədiyi ərazi 5 yer planeti qədər bölgəni əhatə edir.