6 İyun 2014 11:43
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hələb şəhərində öldürülən ermənilərin sayı durmadan artır. Artıq məsələylə bağlı Ermənistanın xarici işlər nazirliyinin mətbuat katibi Tiqran Balayan da mövqe bildirib. Balayanın sözlərinə görə, 31 maydan bu günə kimi Hələb şəhərində ermənilərin kompakt yaşadığı məhəllədə 20-yə yaxın erməni öldürülüb.

Avropa.info nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu şəxslər əsasən Bəşər Əsədə yaxın qüvvərin tərkibində Suriya müxalifətinə qarşı vuruşmaqdadırlar. Erməni əsilli suriyalılar birmənalı olaraq Bəşər Əsədi müdafiə edirlər, son seçkilərdə də onlar Əsədə səs verdiklərini açıq formada bildiriblər.


Müəllif: