6 Aprel 2016 12:32

"ABŞ Rusiyanın təcavüzkar siyasətinə görə Avropada müdafiə məsələlərinə daha çox diqqət yetirməlidir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama müdafiə naziri Eşton Karterlə görüşündən sonra keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, Avropada təhlükəsizliyi təmin etmək məqsədilə hərbi varlığı gücləndirmək vacibdir.

Obama İŞİD terror təşkilatına qaşrı mübarizə məsələsinə toxunub. O bildirib ki, ABŞ döyüş təyyarələri İraqın Mosul və Suriyanın Rakka şəhərlərinin azad edilməsi üçün əməliyyatlar keçirir.

Samir


Müəllif:
Загрузка...