17 İyun 2014 20:25

Böyük Britaniya İranda səfirliyini yenidən açmağa hazırlaşır.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Birləşmiş Krallığın Xarici Işlər naziri Vilyam Xeyq bildirib.

Britaniya ilə İran arasında diplomatik münasibətlər 2011-ci ildə dayandırılıb. Həmin il İrandakı Britaniya səfirliyinə hücumlar həyat keçirilib. Bundan dərhal sonra, Britaniya İranın Londondakı səfirliyini də bağlamalı olub.

Bu hadisələrdən sonra qarşılıqlı maraqlar yalnız İsveç səfirliyi vasitəsi ilə təmin edilirdi. Diplomatik əlaqələrin bərpa olunması İraqdakı İŞİD silahlı qrupunun qarşısını almaq barədə maraqların üst-üstə düşməsi ilə bağlıdır. Məhz bu ümumi maraq Qərblə İran arasında münasibətləri yaxınlaşdırıb.

Ülviyyə


Müəllif: