1 May 2016 11:45
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudanda “An-26” tipli nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Qəza Şimali Kordofan ştatında təyyarə hava limanına eniş edən zaman baş verib.

"5 nəfərdən ibarət olan bütün heyət üzvləri həlak olub", – deyə ordu komandanlığından bildirilib.

“An-26” Sovet istehsalı olan hərbi nəqliyyat təyyarəsidir. Sudan ordusu bu modeldən adətən yaraqlılara qarşı əməliyyatlar zamanı istifadə edir.(report.az)


Müəllif: