18 May 2016 17:53
188

İran İslam Şurası Məclisi ABŞ-ın İrana verdiyi zərərlərə görə, Ruhani hökumətinin hüquqi yollara əl atmasını zəruri edən layihəni qəbul edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı İran dövlət televiziyası məlumat yayıb.

Məlumatlara görə, hökumət layihədə göstərdiyi 10 məsələyə görə ABŞ-da təzminat tələb etməlidir. Həmin məsələlər sırasında 1953-cü il avqustun 19-da İranda baş verən hadisələrdə və İran-İraq müharibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin səbəbkar olması da yerləşdirilib. Qeyd edilib ki, İran-İraq müharibəsində 223 min iranlı həyatını itirib, 600 mini yaralanıb və ya şikəst qalıb.

Xatırladaq ki, Nyu York federal məhkəməsi 2001-ci il 11 sentyabr hadisələrində həyatını itirənlərin ailələrinə ödəmək üçün İrandan 10,5 milyard dollar təzminat ödəməyi tələb etmişdi.

Samir


Müəllif: