20 May 2016 13:14
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda səfərdə olan Rusiyanın Baş naziri Dmitri Medvedev Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli əsas müzakirə məsələsi olub. Bununla bağlı Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Medvedev bildirib ki, Rusiya bu məsələnin həllidə daim kömək etməyə hazırdır: "Rusiya qoşunların təmas xəttində baş verən gərginlikləri diqqətlə izləyib və dəfələrlə bu vəziyyətdən narahatlığını ifadə edib. Hazırda vəziyyət stabildir. Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirdikləri görüşü alqışlayır. Bu görüş münaqişənin sülh yolu ilə həlli üçün vacib addımdır. Rusiya hər zaman münaqişənin həlli üçün yardım göstərməyə hazırdır".

Samir


Müəllif: