21 May 2016 14:36
229

Rusiyanın Su-27 qırıcı təyyarəsi mühərrikində yaranan nasazlıq səbəbindən təcili eniş etməli olub.

Teleqraf.com “İnterfaks”a istinadən xəbər verir ki, barədə Mərkəzi Federal Dairənin hüquq-mühafizə orqanlarından məlumat verilib.

Su-27 Saratov vilayətindən Moskva vilayətinin Kubinka adlanan hissəsinə uçurmuş.

Təyyarənin bortundakı mühərriklərdən birində nasazlıq yaranıb və pilot Lipetskdə təcili eniş etməklə bağlı qərar qəbul edib. Eniş uğurla baş tutub.

Bu gün Moskva ətrafındakı Kubinkada Aviasiya Texnikasının Nümayişi Mərkəzində aviasiya vasitələrinin nümunəvi uçuşları həyata keçirilib. Qəza enişi edən təyyarə də bu məqsədlə Saratovdan Kubinkaya uçurmuş.

Səxavət


Müəllif: