29 May 2016 19:39
290

ABŞ dövlət katibi Con Kerri BMT Sülhməramlılarının Beynəlxalq Günü ilə bağlı bəyanat verib.


APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, C.Kerri ABŞ-ın BMT sülhməramlıları tərəfindən seksual zorakılıq hallarına yol verilməsindən “ciddi narahat” olduğunu bildirib.

C.Kerri belə halların qarşısının alınması üçün hər bir maraqlı tərəfi səylərini gücləndirməyə çağırıb. ABŞ dövlət katibi sülhməramlıların zorakılığına məruz qalan insanların həm də münaqişələrdən əziyyət çəkdiyini xatırladıb. Bununla belə, C.Kerri ABŞ-ın BMT sülhməramlılarının rolunu dəstəklədiyini də vurğulayıb.


Müəllif: