1 İyun 2016 13:31

Almaniyanın Sol partiyasının lideri Sara Vaqenknext Mandenburqda keçirilən tədbir zamanı hücuma məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisəyə Saranın Almaniya kansleri Angela Merkelə qarşı fikirlər səsləndirməsi və Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi təklifini irəli sürməsi səbəb olub.

Hadisə o qədər tez baş verib ki, partiya sədrinin mühafizəçiləri insidentin qarşısını almağı bacarmayıblar. İnsidentdən sonra partiya sədrinə hücum edən şəxs saxlanılıb, Sara isə təcili olaraq, toplantını tərk etməli olub.

Samir


Müəllif:
Загрузка...