1 İyun 2016 15:03

Fələstin İsrail ilə barışıq şərtlərini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Fələstin Qurtuluş Təşkilatının baş katibi Saib Ureykat danışıb.

Onun sözlərinə görə, şərtlərin birincisi 1967-ci il sərhədlərinin bərpa edilməsidir: "İsrail beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir. İsrailli rəsmilərin dedikləri ümumi münasibətlərdən o tərəfə keçmir. Biz İsrail Baş naziri Binyamin Netanyahunun hökumətin dediklərinin əksini etməsinə öyrəşdik. Digər şərtlərdə isə İsrailin Qüdsü yəhudiləşdirmək siyasətindən, qanunsuz edamlardan, evlərin dağıdılmasından, ittihamsız həbslərdən imtina etməli olduğu bildirilib".

Qeyd edək ki, Netanyahu tarixə Ərəb Barış Planı adı altında daxil olan sazişdə bəzi dəyişikliklərin edilməsi təklifini irəli sürüb. Fələstin prezidenti Mahmud Abbas isə mayın 28-də Qahirədə verdiyi açıqlamada bu şərtlərlə razılaşdığını və imzalamağa hazır olduğunu deyib.

Samir


Müəllif:
Загрузка...