20 Aprel 2017 10:27
2 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

23 Aprel Beynəlxalq Kitab Günü münasibətilə "451 Hərəkatı" Bakıda “451 – BOOK FESTİVAL” adlı kitab festivalı keçirir.

Teleqraf.com xəbər verir ki, festival 23 Aprel saat 15.00-da ADO-nun binasında keçiriləcək.

Kitab festivalında tanınmış kitab mağazalarının, nəşriyyatların stendləri quraşdırılacaq. Dəvət olunan tanınmış yazıçılar isə oxucuların suallarını cavablayıb kitablarını imzalayacaqlar.

Festival kiçik konsertlə başa çatacaq.

Festivalda iştirak edəcək yazıçılar:

Kamal Aken
Kənan Hacı
Orxan Bahadırsoy
Elxan Elatlı
Mirmehdi Ağaoğlu
Ayxan Ayvaz
Qismət Rüstəmov
Tural Şahtaxtinski
İsmayıl Rizvanoğlu
Ulucay Akif
Cəlil Cavanşir
Şəhriyar del Gerani

Qeyd edək ki, 451 Hərəkatı Kamal Aken tərəfindən yaradılmış, məqsədi ölkədə maarifçiliyin təbliğinə, mədəniyyət və incəsənətin inkişafına yönəlmiş bir hərəkatdır. Giriş sərbəstdir.

Əlaqə: +(994)70 621-90-91; +(994)51 658-87-89
Ünvan: ADO Theatre – Collective-nin binası. Mirzəağa Əliyev küçəsi 245. AFF Mall Ticarət Mərkəzinin yanı.
Sponsorlar: 451 Hərəkatı, ELİTAR Group, ELİTAR Academy, CNK Colleges, farfalla451


Müəllif: