24 İyun 2017 13:39
298

Bakıda keçirilən Formula 2 üzrə yarışların ilkin mərhələsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu mərhələdə hamıdan sürətli "Prema Racing" komandasının sürücüsü Şarl Lekler olub.

O, 29 dövrəlik məsafəni1:54:025-ə qət edib.

İkinci pillədə 1:54.891 vaxtla "Rapax" komandasının üzvü Nik De Vries, üçüncü pillədə isə 1:54.935-lik göstərici ilə DAMS komandasının üzvü Nikolas Latifi qərarlaşıb.

Qalibi Dövlət Təhülkəsizlik Xidmətinin rəisi Mədət Quliyev təltif edib.


Müəllif: Nərgiz Cavadzadə