Paytaxtda əsən güclü külək 8 nəfəri az qala canından edəcəkdi
Növbətçi Bu gün Bakıda əsən güclü külək nəticəsində 8 nəfər xəsarət alıb. Teleqraf.com bildirir ki, xəsarət alanlardan 6 nəfərin başına ağac aşıb. Onlardan 4-ü kişi. 2-si isə qadındır.
Yaralılar dərhal xəstəxanaya aparılıb. Onlardan 5-nin vəziyyəti nisbətən ağırdır.
Bundan başqa, bir qadın yeni tikilinin altından keçərkən başına kərpic düşüb. Qadın bir müddət huşunu itirib. Sonradan qadına ilkin tibbi yardım göstərilib.
Güclü külək digər bir qadın üçün də təhlükə yaradıb. Belə ki, binaların altından keçərkən pəncərədən qırılan şüşə qadının başına düşüb. Qadına ilkin yardım göstərilib.